Donetsk aeroportu ərazisində Ukrayna hərbi qulluqçuları və separatçılar arasında şiddətli döyüş baş verib.
Teleqraf.com-un “unian.net”ə istinadən məlumatına görə, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib:
“Bu gün Donetsk aeroportunda döyüşün baş verməsi haqqında məlumat almışıq. Separatçıların hücumu hərbçilərimizin səyləri nəticəsində dəf edilib. İtkilər var. Biz üç hərbi qulluqçunu itirmişik. Separatçıların itkisi isə 14 nəfərdir. Qarşı tərəfdən bir döyüşçü əsir götürülüb”.