"İsrail suveren ölkədir, qərarlarını xalqının iradəsi ilə verir və bu, xaricdən, o cümlədən ən yaxşı dostlardan gələn təzyiqlərə əsaslanmır".
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə cavab olaraq "Twitter" hesabındakı paylaşımında qeyd edib.
Netanyahu vurğulayıb ki, İsrail və ABŞ arasındakı müttəfiqlik münasibətləri sarsılmazdır və hər zaman bu iki ölkə yaranan fikir ayrılıqlarını aradan qaldıra bilir.
Məhkəmə islahtları ilə bağlı Netanyahu qeyd edib ki, onun administrasiyası hökumətin üç sütunu arasında "düzgün tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir. Biz buna geniş konsensus vasitəsilə nail olmağa çalışırıq".