Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Praya Qrandi kurort şəhərinin çimərliyində baş verib
Ölən və xəsarət alanların hamısı köşkdə şiddətli yağışdan gizlənənlər olub. Braziliyanın milli kosmik araşdırmaları İnstitutunun hesablamalarına görə, hər il ölkə üzərində 58 milyona yaxın ildırım çaxır. Bu göstəriciyə görə Braziliya dünyada birinci yeri tutur.