Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarının 60-dan çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldib. Beloqorivka, Baxmut, Avdiv və Marin hərbi əməliyyatların episentrində qalır”, - məlumatda deyilir.
Ruslar gün ərzində Liman istiqamətində Stelmaxivka və Vimka rayonlarında uğursuz hücum əməliyyatları keçirib.
Baxmut şəhərinə hücum davam edir. Son həmlələri zamanı Rusiya qoşunlarının 28 hücumunun qarşısı alınıb. Ruslar Orixovo-Vasilivka ərazisində də uğursuz hücum əməliyyatları keçirib.
Rusiya Avdiv və Marin istiqamətlərində hücuma keçib, amma nəticəsiz qalıb.
Baş Qərargahı Rusiya qoşunlarının bir sıra istiqamətlərdə irəlilədiklərini təsdiqləsə də, bu barədə əlavə məlumat verməyib.