Rusiya könüllü olaraq gündəlik neft hasilatının 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
A.Novak qeyd edib ki, hazırda qlobal neft bazarı ABŞ və Avropada davam edən bank böhranı, qlobal iqtisadi qeyri-müəyyənlik və enerji siyasətində verilən müəyyən qərarlar səbəbindən gözlənilməzlik dövrünü yaşayır.