Filippin cənub və mərkəzi hissəsində sel, torpaq sürüşməsi və tropik fırtına həyatı iflic edib.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər bölgədən 15 min nəfərin evakuasiya edildiyini açıqlayıblar.
Sinoptiklər isə güclü yağışların həftə sonuna qədər davam edəcəyini qeyd ediblər.
Samir