3 Aprel 2023 09:07
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Aprelin 3-4-də keçiriləcək təlim Koreya Respublikası, ABŞ və Yaponiyanın Şimali Koreyanın sualtı qayıqdan buraxdığı ballistik raket kimi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulur. Üç ölkənin hərbçiləri “sualtı təhdidlər”in aşkarlanması, izlənilməsi, məlumatların paylaşılması üzrə məşq edəcəklər.

Xatırladaq ki, sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan sonuncu üçtərəfli təlim 2022-ci ilin sentyabrında baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər