5 Aprel 2023 09:54
5 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ordusunun əks-hücumundan əvvəl Qərbdən Kiyevə hərbi yardımın önünü kəsmək üçün yenidən nüvə təhdidlərinə əl atır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya müdafiə naziri Sergey Şoyqu Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını əsaslandıraraq, NATO-nu Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini gücləndirməkdə ittiham edib. Nazir Qərb ölkələrinin Ukraynaya hərbi dəstək verməklə müharibəni qızışdırdıqlarını söyləyib.

Rusiya qoşunları cənub istiqamətində Ukraynanın gözlənilən əks-hücumuna hazırlığını davam etdirir. Şoyqunun sözlərinə görə, Rusiyada yaz çağırışı ilə əlaqədar hər şey plan üzrə gedir və ilkin çağırış artıq başa çatıb.

Belarusun roluna gəlincə, amerikalı analitiklər güman edirlər ki, Kreml bu ölkəni İttifaq Dövləti çərçivəsində daha sürətli birləşməyə məcbur etməyə çalışır.

Martın 25-də Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdiriləcəyini açıqlayıb. Bu məqsədlə iyulun 1-dək Belarusda nüvə silahlarının saxlanılması üçün xüsusi anbar tikiləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər