Ədirnə həbsxanasında “Financial Times” qəzetinin suallarını cavablandıran PKK terror təşkilatının siyasi qanadı HDP-nin keçmiş sədri Səlahəddin Dəmirtaş prezidentliyə namizəd, CHP lideri Kamal Kılıçdaroğluna dəstəyini bildirib.
Teleqraf.com xəbər verir ki, PKK-çı siyasətçi CHP sədrinin “dəyişiklik və demokratiya üçün səmimi səy” göstərdiyini iddia edib.
Dəmirtaş kürdlərin müxalifətin vahid prezidentliyə namizədini dəstəklədikləri (Kılıçdaroğlu) iddiasını da dilə gətirib.
HDP-nin keçmiş sədri kürd seçicilərin Kılıçdaroğluna ümidli olduqlarını, amma yekun qərar vermədən əvvəl prosesin gedişatına baxacaqlarını deyib.
İngilis nəşrinə Prezident Rəcəb Tayyib Ərdoğanın bu seçkidə qalib gəlməməli olduğunu söyləyən PKK-çı Türkiyə liderinin ünvanına hədyanlar və təhdidlər yağıdırıb.
“Ərdoğan açıq şəkildə məni həbsdə saxlayacağını deyir. Seçkidən sonra bunu deyə biləcəkmi? Görəcəyik”, - hədyanlarını davam etdirən Dəmirtaş bildirib.