Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul ofisinə silahlı hücum təşkil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ofisin rəhbəri Canan Kaftancıoğlu öz tviter hesabında bildirib.
Onun sözlərinə görə, silahlı hücum Türkiyə vaxtı ilə 05:00 radələrində olub. Binaya 6-7 dəfə atəş açılıb.
Faktla bağlı araşdırma aparılır.