ABŞ və müttəfiqləri Əfqanıstanda məğlubiyyətə düçar oldular.
Axar.az xəbər verir ki, bunu Taliban terror təşkilatının nümayəndəsi Zabiullah Mücahid deyib.
“Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) heç nəyə nail olmadan öz bayraqlarını endirdilər. Amerikalılar tərəfindən yaradılan qoşunlar da (əfqan təhlükəsizlik qüvvələri) öz sahibləri kimi həmişə məğlubiyyətə düçar olacaqlar”.
Taliban rəsmisinin bu açıqlaması İSAF-ın Əfqanıstanda missiyasının başa çatmasından bir gün sonra yayılıb.