8 Aprel 2023 00:17
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz balanslaşdırılmış siyasət yeritməklə Ukraynadakı müharibənin genişlənməsinin və öz qığılcımını ölkəmizə yaymasının qarşısını ala bildik".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada iftar süfrəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Ukraynadakı münaqişənin başa çatması üçün güclərini səfərbər edib.

"Bu istiqamətdə danışıqlar davam edir. Atdığımız əlavə addımlar sayəsində insanların həyatını xilas etdik. Biz qan tökülməsini dayandırmaq, münaqişəni həll etmək üçün danışıqları davam etdiririk”, - Ərdoğan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər