8 Aprel 2023 10:59
2 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərbə təzyiqi artırmaq və Ukraynanı Moskva üçün əlverişli şərtlərlə sülh danışıqlarına məcbur etmək üçün informasiya təzyiqinin yeni mərhələsinə başlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Xüsusilə, Türkiyə səfərində Rusiya xarici işlər naziri Sergey Lavrov “legitim maraqlar”ının nəzərə alınacağı təqdirdə Moskvanın danışıqlardan imtina etməyəcəyini bildirib. Nazir həmçinin Qərbin Rusiyaya sayğısız yanaşdığını söyləyərək, Ukraynanın “denasifikasiya və demilitarizasiya”sının vacibliyini bir daha xatırladıb.

ISW hesab edir ki, Kremlin bu ritorikası təsadüfi deyil. Çox güman ki, Moskva Ukrayna ordusunun gözlənilən əks-hücum əməliyyatı ərəfəsində Kiyevə öz şərtlərini qəbul etdirməyə cəhd göstərmək üçün informasiya təzyiqini artırmaq niyyətindədir.

Amerikalı analitiklərin fikrincə, Rusiya Ukraynanın gözlənilən əks-hücumu zamanı işğal olunmuş ərazilərin itirilməsindən qorxur. Bu səbəbdən də Kreml Qərbi Kiyevə güzəştlər təklif və Rusiya üçün daha əlverişli şərtlərlə danışıqlara məcbur etməyə çalışır, informasiya təzyiqinin gücləndirilməsi də buna görədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər