8 Aprel 2023 12:05
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İYİ partiya sədrinin müşaviri Aytun Çıray mayın 14-də Türkiyədə keçiriləcək seçkilərlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Çıray İYİ partiya sədri Maral Akşənərin “Altılıq Masası”ndan çıxdığı müddətdə müxalifət blokunun səs nisbətinin azaldığını, qayıtdıqdan sonra isə yenidən artdığını iddia edib.

Partiya rəsmisi müxalifətin parlamentdə çoxluğu əldə edə bilməyəcəkləri durumla bağlı da danışıb:

“Millət İttifaqı olaraq iki məqsədimiz var. Birinci mərhələdə parlamentdə 300 yer məsələsini həll etməliyik. Çünki Kılıçdaroğlu prezident seçiləcək. 300 yer qazanmasaq, Kamal Kılıçdaroğlu topal ördək olacaq. Yəni parlamentdə çoxluğu olmayan prezidentin rahat işləməsi, qərar qəbul etməsi çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər