Tunis sahillərində qayığın batması nəticəsində ən azı 20 miqrantın itkin düşüb.
Teleqraf.com məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli ədliyyə orqanlarının nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, Tunis sahil mühafizəsi Sfaks şəhəri sahillərində bu qayıqdan daha 17 sərnişini xilas edib. Onlardan ikisinin vəziyyəti ağırdır.