Ukrayna Prezidenti Volodimir Zelenski Krım müsəlmanları ilə iftar proqramında iştirak edib.
Teleqraf.com xəbər verir ki, proqram Kiyevin Çayki kəndindəki Krım Müsəlmanları Mərkəzində baş tutub.
Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov, Ukraynadakı dini liderlər və müsəlmanlar Krımdakı iftar proqramında iştirak ediblər.
Zelenski “Tək Ukrayna üçün deyil, bütün dünya üçün Krımın işğaldan azad olunmasından başqa alternativ yoxdur” deyib.