10 Aprel 2023 09:00
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktının təkrarlanacağından narahatlıq ifadə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə senator Lindsey Qraham, “Fox News” telekanlına müsahibəsində bidlirib.

O, belə bir ssenarinin ABŞ Prezidenti Co Bayden administrasiyasının Əfqanıstanda etdiklərinə görə mümkün ola biləcəyinə diqqət çəkib.

Senator Pentaqonun sözçüsünə istinadən bildirib ki, yaxın 6 ay ərzində ABŞ Əfqanıstandan olan terrorçuların hücumuna məruz qala bilər.

Qrahm bildirib ki, Əfqanıstanda terrorçuların olmaması ilə bağlı iddialar yalandır.
“Əfqan missiyasının başa çatması ilə bağlı hesabat administrasiyanın özünü təmizə çıxartmaq cəhdidir”, - deyə senator vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər