11 Aprel 2023 11:14
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu istefaya göndərdiyi müdafiə naziri Yoav Qallantı vəzifəsinə bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin baş nazirinin özü açıqlama verib.

Onun sözlərinə görə, Qallantla arasında məhkəmə islahatları səbəbindən yaranan fikir ayrılıqlarına baxmayaraq, nazirin vəzifəsində qalmasına qərar verilib.

“Bizi ciddi sınaqlar gözləyir. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün birlikdə işləməyə davam edəcəyik”, - Netanyahu deyib.

Yoav Qallant hökumətin başlatdığı məhkəmə islahatlarını tənqid etdiyinə görə martın 26-da Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmışdı. O, İsrailin təhlükəsizliyinə təhdid olduğu üçün Netanyahunun rəhbərlik etdiyi hökuməti islahatları dayandırmağa çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər