Türkiyə və Azərbaycan Bolqarıstan da dahil olmaqla cənub-şərqi Avropa ölkələrinə qaz tədarükü məsələsində kömək olmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bolqarıstanda iştirak etdiyi iftar süfrəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu məqsədlə “TANAP”ın ötürmə gücünün ikiqat artırılmasına dair işlər davam edir.