Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, Niyaz Məhəmməd Pakistanda ölüm hökmü ləğv edildikdən sonra edam olunan yeddinci məhbusdur. İndiyədək edam edilənlərdən 5 nəfəri sui-qəsddə ittiham edilərək ömürlük məhkum olunmuşdular.
Terrorçulara qarşı davranışı sərtləşdirən Pakistan hökuməti yaxın həftələrdə daha bir neçə yüz məhbusu edam eləmək niyyətindədir. Lakin BMT və beynəlxalq hüquq təşkilatları təkidlə rəsmi İslamabadı edam hökmünə moratoriumu bərpa eləməyə çağırır.
Xatırladaq ki, Pakistanın baş naziri Nəvaz Şərif taliblərin dekabrın 16-da Peşəvərdəki kadet məktəbinə hücumundan sonra ölüm hökmünə moratoriumu ləğv edib. Həmin hücum zamanı 140 nəfər həlak olmuşdu.