Belçikada Avropa Parlamenti (AP) ilə bağlı aparılan korrupsiya istintaqının ən tanınmış siması, yunan deputat Eva Keyli şərti azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, o, Brüsseldə saxlandığı həbsxanadan çıxaraq AP yaxınlığındakı evinə gəlib.
44 yaşlı Keyli ona qarşı irəli sürülən ittihamlarla vəkili ilə mübarizə aparacağını açıqlayıb.
AP ilə bağlı istintaq çərçivəsində 2022-ci ilin dekabrında həbs edilən AP-nin keçmiş vitse-spikeri Eva Keyli istintaq çərçivəsində azadlığa buraxılan sonuncu məhbus olub. O, korrupsiya, rüşvətxorluq və çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham edilir.
“Parlament gözəli” ləqəbli Keylinin müxtəlif vaxtlarda Mərakeş hökuməti və Qətər şeyxlərindən rüşvət aldığı və AP-da onların lehinə lobbiçilik etdiyi iddia olunur.