Hindistanda sabiq deputat Atiq Əhməd və qardaşı Əşrəf Əhməd canlı yayımda hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, adam oğurluğuna görə ömürlük həbs cəzasına məhkum edilən keçmiş siyasətçi Atiq Əhməd və qardaşı Əşrəf Əhməd polisin mühafizəsi altında əlləri qandallı halda Uttar Pradeş əyalətinin Allahabad şəhərində xəstəxanaya aparılarkən başından güllələnib. Hər iki şəxs aldıqları güllə yarasından hadisə yerində ölüb.
Canlı yayımda hücumdan bir neçə saniyə əvvəl Atiq Əhmədə ötən günlərdə polis tərəfindən güllələnərək öldürülən oğlunun dəfnində iştirak edib-etməyəcəyinə dair sual ünvanlanıb. O isə dəfnə icazə verilmədiyini söyləyib.
Hadisədən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Jurnalist qiyafəsində olan şəxslər ilkin ifadələrində məşhurlaşmaq üçün hücumu təşkil etdiklərini deyiblər.