18 Aprel 2023 23:35
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya hakimiyyəti Avropa İttifaqının sanksiyalarına əsasən Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3,3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək və ya girov qoymağa icazə verilmir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər