Hava şəraitinin yaxşılaşması fonunda Yavan dənizində İndoneziyaya məxsus A320-200 sərniçin təyyarəsinin aktiv axtarış işləri davam etdirilib.
Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, hidrolokatorun informasiyaları əsasında təyyarənin füzelyajının dənizin 30-50 merlik dərinliyində olduğu bəlli olub.
Bu isə uçağın “qara qutusu”nun axtarışına dalğıcları qoşmaq imkanı yaradıb. Ekspertlərin fikrincə, “qara qutu”nun axtarışı nir həftə çəkə bilər.
Qeyd edək ki, hələlik sərnişinlərdən 7-nin cəsədi tapılıb. Onlardan üçü qadın (biri stüardessa), dördü kişidir. Mütəxəssislərə görə, pilotlar təyyarəni suyun üzərinə oturtmaq istəyiblər, lakin güclü qasırğa səbəbindən bu, mümkün olmayıb.
Xatırladaq ki, dekabrın 28-də itən sərnişin təyyarəsinin göyərtəsində 162 nəfər olub. Onlardan 17-si uşaq (biri körpə) olub.