23 Aprel 2023 10:13
18 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri Xerson vilayətinin sol (şərq) sahilinə daxil ola biliblər. Bunu Rusiya mənbələrinin yaydıqları geolokasiya kadrları da sübut edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusu Oleşokdan şimalda Dnepr sahilində (Xerson şəhərindən təqribən 7 km şimal-qərb) mövqe tutaraq, rayonun şimalı və cənubuna doğru irəliləyə bilib.

Həmçinin Rusiya qüvvələrinin Xersonun şimal-qərbindəki bəzi adalar üzərində nəzarəti itirdikləri deyilir.

“Görüntülərdən məlum olur ki, Rusiya qüvvələri Antonov körpüsü yaxınlığında, Ukrayna hərbçilərinin geolokasiya mövqelərindən şimalda yerləşən Konka və Çayka çaylarında adalara nəzarət edə bilmirlər”, - məlumatda qeyd olunur.

Ukrayna ordusunun bir neçə həftədir, regionun şərq sahilində mövqeləri özündə saxladığını iddia edilir. Ukrayna Silahlı Qüvvələri orada möhkəmlənməyə nail olub, təchizat xətləri çəkib və buradan döyüş atışları üçün qala kimi istifadə etməyə başlayıblar.

Ukrayna qoşunları Rusiya ordusunun artilleriya atəşinin aşağı intensivliyi sayəsində Xerson vilayətinin şərq sahilində üstünlük əldə edə bilib. Eyni zamanda, hələlik Oleşki və Nova Kaxovka kimi şəhər əraziləri hələ də rus qoşunlarının arxasında qalır. ISW bildirir ki, Rusiya qüvvələri bu ərazilərdə müdafiəyə çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər