24 Aprel 2023 00:26
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev G7 ölkələrinin Rusiyaya malların ixracına tam qadağa qoyulması ideyasına Ukrayna dilində cavab verib.

Teleqraf.com xəbər verir ki, ölkənin keçmiş prezidenti fikirlərini “Telegram”da paylaşıb.

“Görünür, onların ümumiyyətlə beyinləri yoxdur”, - siyasətçi qeyd edib.

O vurğulayıb ki, ixracın məhdudlaşdırılması Rusiyadan “Böyük yeddilik üçün ən həssas kateqoriyalar üzrə” malların idxalının qarşılıqlı dayandırılmasına gətirib çıxaracaq. O cümlədən, taxıl sövdələşməsi də bitəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər