25 Aprel 2023 11:48
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və NATO hərbçiləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır.

Nəşr bildirir ki, Ukrayna ABŞ rəsmilərinə hərbi planının bir neçə təfərrüatını versə də, əməliyyatın ölkənin cənubunda, o cümlədən Krım yaxınlığında - Azov dənizinin sahil xətti boyunca aparılacağı gözlənilir.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbonun sözlərinə görə, hər şey bu əks-hücumdan asılıdır: “Bu, əraziləri döyüş meydanında geri almaq və danışıqlara nail olmaq üçün daha ciddi təsir imkanları yaratmaq baxımından önəmlidir”.

Qəzet həmçinin qeyd edir ki, Ukrayna rəsmiləri əks-hücumun məqsədinin Rusiya ordusunun müdafiəsini yarmaq və kütləvi hücumlarını dayandırmaq olduğunu desələr də, ABŞ durumun Kiyevin xeyrinə kəskin şəkildə dəyişməsini çətin hesab edirlər.

Luqanskdakı separatçı qüvvələrin polkovniki Andrey Maroçko da Ukrayna ordusunun Krasnolimansk istiqamətində əks-hücum üçün kifayət qədər qüvvə topladığını deyib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər