Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi aprelin 27-də Türkiyənin cənubundakı "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN Türk" televiziya kanalına müsahibəsində Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
"BAEA rəhbəri mərasimə gələcək. O, bayraq qaldıracaq və "Akkuyu" atom elektrik stansiyası tərəfindən yoxlamaların aparılacağı bir növ nüvə adasına çevriləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, aprelin 27-də Mersində "Akkuyu" AES-in birinci bloku üçün ilk nüvə yanacağının çatdırılması mərasimi planlaşdırılır.