Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Krımı azad etməyə çalışacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu əks-hücum keçirməyə hazırlaşır.
Prezident qeyd edib ki, bu durumda Rusiya qüvvələrini geri çəkilməyə məcbur edə, həmçinin Krım yarımadasını Ukraynanın nəzarətinə qaytara bilərlər.
Zelenski əlavə edib ki, əməliyyatın uğuru Qərbdən gözlənilən tədarükdən asılıdır. Eyni zamanda, vurğulayıb ki, silahların sayından asılı olmayaraq, münaqişə onilliklərlə davam edə bilər.