ABŞ-ın 22 yaşlı məşhur reperi MoneySign Suedə həbs olunduğu Soledad ştatının cəzaçəkmə müəssisəsində qətlə yetrilib.
Teleqraf.com xəbər verir ki, reper həbsxananın duşunda boynundan bıçaqlanaraq öldürülüb.
MoneySign Suedənin vəkili Nikolas Rozenberq faktı təsdiqləyib.
Bildirilir ki, ötən ilin dekabrında iki ayrı cinayət törətdiyi üçün 2 il 8 ay həbs cəzası alan MoneySign Suedə gecə yoxlanış zamanı kamerasında olmayıb. Axtarış aparılıb, reperi duşda ağır yaralı halda tapıblar. O, qısa müddət sonra dünyasını dəyişib.
Əsl adı Jaime Brugada Valdez olan məşhur reper “Back to the Bag” mahnısı ilə yutubda 7 milyondan çox baxış toplayıb.