29 Aprel 2023 16:10
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft və qaz hasilatı ilə bağlı statistik məlumatlarının dərci 2024-cü il aprelin 1-dək dayandırılıb.

Teleqraf.com xəbər verir ki, hökumətin neft-qaz hasilat statistikası ilə bağlı qərarı ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Prezident Vladimir Putinin fevral ayında imzaladığı qanun Rusiya hökumətinə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.

Qeyd edək ki, Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin aprelində ölkənin xarici ticarət məlumatlarının dərcini dayandırmaq qərarına gəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər