Braziliyada 6 yeni yerli yaşayış yerində mədən işlərinin aparılmasını və kommersiya məqsədli kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdıran fərman verilib.
Teleqraf.com-un xəbərinə görə, bunu prezident Luiz İnasio Lula da Silva bəyan edib.
O, yanvar ayında vəzifəyə gəldiyi gündən vətənində mədənçiliyi təbliğ edən ifrat sağçı sələfi Jair Bolsonaronun siyasətindən imtina edəcəyini deyib: “Proses zaman alacaq. Amma doğma torpaqlara qanun gətirəcəyik. Artıq 6 yeni yerli yaşayış sahəsi ilə bağlı qərar çərçivəsində böyük Amazon tropik meşə sahəsi də daxil olmaqla təxminən 620 min hektar ərazi mühafizə olunur”.