Aprelin 30-da Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.
Teleqraf.com-un məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, saat 20:00-da bağlanacaq. MSK ilkin nəticələri mayın 1-də elan edəcək.
Səsvermə üçün 10758 seçki məntəqəsi yaradılıb ki, onlardan 55-i 39 xarici ölkədə yerləşir. Ümumilikdə, 20 milyona yaxın Özbəkistan vətəndaşının iştirakı planlaşdırılır.