Ukrayna Silahlı Qüvvələrinin böyük texnika konvoyu Siversk şəhəri (Baxmut) istiqamətində irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna bu istiqamətdən Luqansk vilayətinin işğal edilmiş Kremennaya şəhərinə hücum edə bilər.
“Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər böyük hərbi texnika kolonu Siverskə doğru irəliləyir. Bu, Kremennaya və Lisiçansk istiqamətləridir”, - məlumatda deyilir.
Bundan əlavə Rusiya mətbuatı Ukrayna ordusunun Zaporoje vilayətində əks-hücum əməliyyatına başlamaq üçün qüvvə toplaması haqda məlumat yayıb. Bildirilir ki, Ukrayna hərbçiləri Rusiyanın müdafiə xəttində zəif nötqələri tapmaq üçün bölgədə kəşfiyyat aparır. Kəşfiyyat işi tamamlandıqdan sonra Ukraynanın əsas qüvvələrlə irimiqyaslı əks-hücuma keçəcəkləri iddia edilir.