8 May 2023 09:52
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın ayrı-ayrı bölgələrindəki üç münaqişə gələcək yeni dünya nizamını müəyyən edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Eldar Namazov deyib.

Ekspert regional və qlobal geosiyasi proseslər ətrafındakı gəlişmələrə diqqət çəkib:

“Üç münaqişə gələcək yeni dünya nizamını müəyyən edəcək.

Avrasiyada (Heartland) hökmranlıq uğrunda mübarizə ənənəvi olaraq qlobal dünya nizamının konturlarını müəyyən edir. Birinci və İkinci Dünya müharibələri, SSRİ-nin dağılması - bütün bu hadisələr Avrasiyada baş verdi və planetdə qlobal güc balansını formalaşdırdı.

Geosiyasi turbulentliyin indiki mərhələsi də istisna deyil. Ayrı-ayrı ölkələrin münasibətlərində münaqişəli durumlara əlavə olaraq, üç əsas qarşıdurma mərkəzi var ki, burada BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Avropa Birliyinin bütün üzvləri, NATO, AUKUS, G20-nin 20 üzvündən 17-si və Avrasiya ölkələrinin 80 faizdən oxu birbaşa və ya dolayısı ilə iştirak edir. Bunlar Rusiyanın Ukraynaya təcavüzü (nəticəsi Avropanın və Rusiyanın taleyini həll edəcək), İranın nüvə proqramı ilə bağlı münaqişə (Yaxın Şərqin taleyini müəyyən edəcək) və Tayvan problemi (Sakit okean teatrının gələcəyini formalaşdıracaq) ətrafındakı qarşıdurmadır.

Bu üç əsas qarşıdurma ocağının həlli (sülh yolu ilə həlli və ya tərəflərdən birinin hərbi məğlubiyyəti) Avrasiyada nəzarət və ya hökmranlıq formalarını, qlobal güc balansını və çoxdan gözlənilən yeni dünya nizamını müəyyən edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər