4 Yanvar 2015 15:24
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Devid Kemeron KİV-ə açıqlamasında bildirib ki, şəxsi söhbətlərində Obama bəzən onu "qardaş" adlandırır. Baş nazirin bu açıqlaması bu gün bir sıra nüfuzlu Qərb nəşrlərinin diqqətini çəkib və günün müzakirə mövzusu olub.

Teleqraf.com-un məlumatına görə, baş nazir bəyan edib ki, onunla Obama arasında istər siyasi, istərsə də şəxsi müstəvidə çox möhkəm münasibətlər mövcuddur. Kifayət qədər populyar olan“The Daily Mail” elektron nəşri Kemeronun bu fikirlərini xüsusi şərh edib.

“The Telegraph” nəşri isə vurğulayıb ki, Britaniyanın əvvəlki baş naziri Qordon Braunla Barak Obamanın münasibətləri həmişə gərginliyi ilə seçilib.

Braun 2007-2010 illərdə baş nazir postunu tutub. Bu iki siyasi lider arasında həmin dövrdə daim kəskin fikir ayrılığı yaşanıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər