10 May 2023 10:19
4 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələrinin “Azov” Alayının hücum briqadası hücum əməliyyatı keçirib, nəticədə torpaqlarımızın bir neçə kilometri rus işğalçılarından azad edilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azov” Alayı məlumat yayıb.

“Hücum nəticəsində Rusiya Silahlı Qüvvələrinin 72-ci Motoatıcı Briqadasının bir neçə qrupu tamamilə məhv edilib, xeyli sayda zirehli döyüş texnikası sıradan çıxarılıb, çox sayda əsir götürüldü”, - alayın komandiri Andrey Biletski deyib.

Onun sözlərinə görə, Rusiyanın “Vaqner” qrupunun 3-cü hücum bölməsi ciddi itki verib:

“Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının hücumu nəticəsində Rusiyanın 72-ci briqadasının bölmələri darmadağın edilib, faktiki olaraq bu briqadanın 6-cı və 8-ci rotaları tamamilə məhv edilib”.

Biletski əlavə edib ki, ukraynalı hərbçilər eni 3 km, dərinliyi 2.6 km olan zolaqda irəliləyirlər: “Bütün bu ərazi rus işğalçı qüvvələrindən tamamilə azad edilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər