Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada 4 İŞİD terrorçusunu saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində saxlanılan terrorçular təhlükəsizlik qüvvələrinə təhvil verilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, ələ keçirilən terrorçulardan biri qırmızı kateqoriya ilə axtarışda olan Şahap Varişdir.
Bildirilri ki, Ş.Variş İŞİD-in Türkiyədə planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəlidir.