11 May 2023 15:37
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə 71,1 milyon insan məcburi köçkünə çevrilib.

Teleqraf.com xəbər verir ki, məlumatı Cenevrədə yerləşən Daxili Miqrasiya Monitorinq Mərkəzi (IDMC) açıqlayıb.

Dərc olunan hesabatda miqrasiyaların müharibə, zorakılıq və təbii fəlakətlər nəticəsində baş verdiyi bildirilib.

Sözügedən say əvvəlki ilə nisbətən 20 faiz artıb. 2021-ci ilin hesabatında köçkünlərin sayı 60,9 milyon olub.

Mərkəzin hesabatına görə, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən 16,9 milyon insan ölkə daxilində miqrasiya etmək məcburiyyətində qalıb ki, bu da indiyədək aşkar edilən ən yüksək rəqəmdir.

Hesabata 65 ölkənin məlumatları daxildir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər