Cənubi Amerika ölkəsi Peruda dange qızdırmasına yoluxanların sayı 73 mini keçib, 80 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Perunun səhiyyə naziri Rosa Qutierrez dange qızdırması ilə mübarizə üçün 10 milyon dollar büdcə ayırdıqlarını bildirib.
Hökumət xəstəlik səbəbindən bir neçə rayonda fövqəladə vəziyyəti daha 4 ay uzadıb.
Ölkədə dange qızdırması hallarının artması ilə əlaqədar fevralın 25-də 13 bölgədə səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edilmişdi.
Denge virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.
Yoluxma əsasən iyun, sentyabr, dekabr və mart aylarında artır.