12 May 2023 17:58
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçkilərin nəticəsi ilə bağlı qərarı Qərb yox, xalq verir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul mitinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, CHP sədri Kamal Kılıçdaroğlunun seçkilərin Rusiyadan idarə olunması ilə bağlı iddiaları əsassızdır: “Onun yalanları boldur".

Ərdoğan bildirib ki, indi əksər Qərb ölkələri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) məğlubiyyətini istəyir.

Xatırladaq ki, K.Kılıçdaroğlu daha əvvəl Rusiyanın seçkilərə müdaxilə etdiyini bildirmişdi. //Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər