13 May 2023 08:42
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Kamal Kılıçdaroğlunu Rusiyanın Türkiyədəki seçki proseslərinə “müdaxilə” etdiyinə dair iddialarını sübut etməyə çağırıb.

Bu barədə Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Kılıçdaroğlu “müdaxilə”dən danışmazdan əvvəl əsaslandırmalar, sənədlər və ya materiallar təqdim etməlidir", - deyə M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, “Millət İttifaqı”ndan prezidentliyə namizəd ilk növbədə Türkiyədə seçki proseslərinə hər hansı formada müdaxilənin rədd edilməsinə çağırış etməlidir.

M.Çavuşoğlu əmindir ki, qarşıdan gələn seçkilərdə uduzduğunu anlayan müxalif siyasətçi “ictimai rəyi manipulyasiya etməyə çalışır”. “Onlar [Kılıçdaroğlu tərəfdarları - red.] artıq bu gün gələcək uğursuzluqları üçün bəhanələr hazırlayırlar və Qərbdə onlara təklif olunan üsullardan istifadə edirlər", - deyə XİN rəhbəri bildirib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər