15 May 2023 15:26
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyədə keçirilən seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya türk xalqının seçiminə hörmətlə yanaşacaq, həmçinin Moskva ilə Ankara arasında əməkdaşlığın davam edəcəyini və genişlənəcəyini gözləyir.

“Əlbəttə, bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq və diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq və bunu qəbul edəcəyik. Amma istənilən halda əməkdaşlığımızın davam edəcəyini, dərinləşəcəyini və genişlənəcəyini gözləyirik”, - Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz fəaliyyətlərin qarşısını almağa qadir olan güclü və suveren ölkədir.

O qeyd edib ki, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq həqiqətən qarşılıqlı faydalıdır və hər iki ölkə xalqlarının maraqlarına uyğundur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər