Ukrayna rəsmi olaraq NATO-nun Kibermüdafiə Əməkdaşlıq Mərkəzinə qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Artıq mərkəzin Estoniyanın paytaxtı Tallindəki mənzil qərargahı önündə Ukrayna bayrağı qaldırılıb.
“Bu gün NATO-nun Kibermüdafiə Əməkdaşlıq Mərkəzinin Tallinndəki mənzil-qərargahında rəsmi olaraq Ukraynanın dövlət bayrağı qaldırılıb. Bu da Ukraynanın mərkəzə rəsmən qoşulması deməkdir”, - məlumatda deyilir.