18 May 2023 00:12
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, - qətnamədə bildirilir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər