“Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin keçirildiyi Hiroşimaya gələrsə, ABŞ lideri Co Bayden onunla görüşə bilər”.
Teleqraf.com “İnterfaks”a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
O, bununla belə bu məsələ ilə bağlı rəsmi məlumatının olmadığını vurğulayıb.
Xatırladaq ki, mayın 19-dan 21-nə qədər Yaponiyada G7 sammiti keçirilir. Tədbirdə Ukrayna liderinin şəxsən iştirakı gözlənilir.