21 May 2023 20:14
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları ləğv edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bunu "Böyük Yeddiliy"in (G7) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Bununla belə Bayden əlavə edib ki, ABŞ Pekinin hərbi potensialını gücləndirmək üçün istifadə edə biləcəyi materialların və texnologiyaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil.

Bu arada yayılan məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun əvvəlində Li Şanfu ilə görüşmək istədiyini bildirib. Çin isə görüş üçün müraciətləri rədd edib, imtina səbəbi kimi ABŞ-ın mövcud məhdudiyyətləri göstərilib.

Li Şanfuya qarşı sanksiyalar isə 2018-ci ildə Rusiyadan "Su-35" qırıcıları və "S-400" zenit-raket kompleksləri almasına görə tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər