Yaponiya Ukraynaya özünümüdafiə qüvvələrinin 100 maşını və 30 min ərzaq payı göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi öz saytında bildirib.
Nazirlik qeyd edib ki, həmçinin Yaponiyanın baş naziri Fumio Kişida yaralı ukraynalı hərbçilərin ölkənin özünümüdafiə qüvvələrinin xəstəxanalarına qəbulu barədə qərar qəbul etdiyini açıqlayıb.