Türkiyədəki seçkilər dünya mediasının gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, dünyanın nüfuzlu nəşrləri ikinci turun favoritinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu yazırlar.
Qətərin “Əl-Cəzirə” kanalı xaricdə yaşayan türklərin ikinci tur üçün səs verməyə başladıqlarını və fəallığın yüksək olduğunu bildirir.
“Liam Page of Capital Economics”ə görə, müxalifətin qələbə ümidləri puç olub.
Türkiyədəki seçkiləri diqqət mərkəzində saxlayan “Financial Times” ikinci turun favoritinin Rəcəb Tayyib Ərdoğan olduğunu iddia edir.
AFP agentliyi isə bu sözlərə yer verib:
“Kamal Kılıçdaroğlu mayın 14-dəki çıxışını gələn bazar günü həlledici qələbəyə çevirmək istəyirsə, kiçik bir möcüzə göstərməlidir”.
BBC telekanalı da Prezident Ərdoğanın favorit olduğunu qeyd edir. Kanal Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun 2.5 milyon səslə geridə qaldığına diqqət çəkib.