25 May 2023 08:15
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis rəsmi olaraq 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə R.Desantis "Twitter"in sahibi İlon Mask ilə "Twitter Spaces" səsli çatında deyib.

"Mən Amerikanın möhtəşəm geri dönüşünə rəhbərlik etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm", - deyə o bildirib.

Eyni zamanda, R.Desantis və İ.Mask arasında söhbət zamanı səsli çatda texniki nasazlıqlar baş verib - səs dəfələrlə kəsilib.

"Serverlər bir qədər yüklənib", - deyə İlon Mask bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər